“Neft tankerlərdə yük əməlliyatına dair geniş Proqram üzrə hazırlıq” kursu üzrə tədris planı və proqramı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın və Məcəllənin А-V/1-1 bölməsinin 2.1 və 2.2-ci bəndlərinin və Beynəlxalq Dəniz Təşkilatının (BDT) 1.02. model kursunun bazasında hazırlanmışdır.
Yük əməliyyatları zamanı təhlükəsizlik qaydaları.
Neft məhsullarının fiziki-kimyəvi xüsusiyyətləri.
Təhlükənin qarşısını almaq üçün tədbirlər.
Şəxsi sağlamlığın qorunması üçün tədbirlər.
Fövqəladə hadisələr zamanı görülən təbirlər.
Ətraf mühitin çirklənməsinin qarşısının alınması üsulları.
Normativ tələblərə riayət olunmasına nəzarət.
Qiymətləndirmə:
Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə test imtahanı həyata keçirilir.
Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.
64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.