Mountains

Dənizçilik

Neft və Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya” kursu üzrə tədris planı və proqramı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (DHDNÇ-78) А-V/1-1 bölməsinin 1-ci bəndində şərh edilən dəyişikliklər nəzərə alınmaqla və Beynəlxalq Dəniz Təşkilatının (BDT) 1.01 model kursunun bazasında hazırlanmışdır.

  1. Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatları.
  2. Təhlükənin yaranmasının qarşısının alınması.
  3. Şəxsi təhlükəsizliyin və sağlamlığın qorunması üçün təhlükəsizlik texnikasından istifadə.
  4. Yanğınla mübarizə  əməliyyatlarının aparılması.
  5. Fövqəladə hadisələr zamanı davranış qaydaları.
  6. Neft və kimyəvi maddələrin dənizə axmasının qarşısının alınması üsulları.

Qiymətləndirmə:

Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirilir.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.

64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.

Tələb olunan sənədlər

1. 3x4 şəkil (1 ədəd);

2. Tibbi kitabçanın surəti;

3. Təhsil haqqında sənədin surəti;

4. İşçi diplomunun surəti (əgər varsa);

5. Şəxsiyyət vəsiqəsinin surəti;

25%
50%
75%
80%
45%
Tarix
Müddət
Dil
İştirakçı sayı
Qeydiyyat