Mountains

Dənizçilik

QISA MƏZMUN:

Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı”

(istismar səviyyəsində) kursu üzrə tədris planı və proqramı “Dənizçilərin hazırlanmasına,  onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın А-II/2 cədvəlində şərh edilən dəyişikliklər nəzərə alınmaqla və Beynəlxalq Dəniz Təşkilatının (BDT) 1.07 model kursunun bazasında hazırlanmışdır. Bu proqram kursu üzrə tədrisin təşkil olunma prosedurlarını, sertifikatların alınması üzrə prosedurları, sertifikatların alınması üzrə namizədin bilik və bacarığına qoyulan tələbləri, gəmi sürücülüyündə ARPA-dan istifadə, radar təsvirinin aparılması, gəmi sürücülüyünün təhlükəsizliyində, toqquşmanın qarşısının alınmasında ARPA və naviqasiya məlumatından istifadə, axtarış-xilasetmənin plaşdırılması və koordinasiyasının  öyrədilməsi üzrə kursun baza proqramını müəyyən edir.

Qiymətləndirmə:

Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirilir.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.

64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.

Tələb olunan sənədlər

1. 3x4 şəkil (1 ədəd);

2. Tibbi kitabçanın surəti;

3. Təhsil haqqında sənədin surəti;

4. İşçi diplomunun surəti (əgər varsa);

5. Şəxsiyyət vəsiqəsinin surəti;

25%
50%
75%
80%
45%
Tarix
Müddət
Dil
İştirakçı sayı
Qeydiyyat